Daha bir Azərbaycan hərbçisi həlak olub

Arxiv foto

-

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabitinin həlak olduğu bildirilir.

Müdafiə Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, hadisə aprelin 8-i axşam saatlarında qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində qeydə alınıb.

1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində ölüb.

2013-cü ildə ölən Azərbaycan hərbiçilərin sayı 24-ə çatıb.

Müstəqil hərbi ekspertlərin məlumatına görə, son 10 ildə Azərbaycan ordusu təxminən 700 hərbi qulluqçusunu itirib. İtkilərin 85 faizi dinc şəraitdə baş verib. Deyilən zaman çərçivəsində intihar edən əsgərlərin sayı 100-ə yaxın olub.

Təxminən 130 hərbi qulluqçunun zorakılıq nəticəsində öldüyü bildirilir.