Korrupsiyadan yazıb, döyülən jurnalist öldü

2008-ci ildə böyük miqyaslı korrupsiyadan yazan və bundan sonra döyülən Rusiya jurnalisti Mixail Beketov 55 yaşında Moskvada vəfat edib.

Beketov Ximki qəzetinin baş redaktoru idi. O Moskvadan Sankt Peterburqa yolun çəkilişində böyük korrupsiyadan yazmışdı və bir az sonra öz evinin yanında döyüldü. O vaxtdan əlil arabasında gəzirdi.

Onu döyənlər indiyə kimi tapılmayıb. Onun özünü isə 2010-cu ildə məhkəmə şər atmaqda günahkar bildi.