Qəbələdə yenidən aksiya keçirmək istəyən fəhlələr saxlanıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Qəbələdə bir qrup fəhlə etiraz aksiyası keçirmək istəyib. Baş tutacaq aksiyanın qarşısını almaq üçün əraziyə polis dəstələri cəlb olunub. Aksiyada fəallıq göstərən iki nəfəri polis saxlayıb. Bundan əvvəl - martın 25-də Qəbələdə "Azər-trans” tikinti şirkətinin bir qrup işçisi aksiya keçirmişdi. Onlar bir-neçə aydan qalan maaşlarının verilməsini və onlarla əmək müqaviləsinin uzadılmasını tələb etmişdilər. Fəhlələr tələblərinin yerinə yetirilməyəcəyi halda yenidən aksiya keçirəcəklərini bildirmişdilər.