Zaur Qurbanlının işindən şikayət verilib

Zaur Qurbanlı

-
«Nida» Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının işindən apellyasiya şikayəti verilib.

Şikayətə aprelin 8-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib.
Apelyasiya şikayəti Zaur Qurbanlının haqqındakı həbs-qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlıdır.
Zaur Qurbanlı aprelin 1-də həbs edilib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.
Müdafiə tərəfi ittihamı əsasssız, həbsi sifariş sayır.