«Qalatasaray» məğlub oldu

-
Aprelin 3-də UEFA Çempionlar Liqasının 1/4 finalında iki oyun keçirilib.
Madriddə «Real»la qarşılaşan Türkiyənin «Qalatasaray» komandası 3:0 hesabı ilə məğlub olub. Qolları 9-cu dəqiqədə Cristiano Ronaldo, 28-ci dəqiqədə Benzema, 72-ci dəqiqədə Higuain vurub.
«Malaga» (İspaniya) – «Borussiya» (Dortmund, Almaniya) qarşılaşmasında heç-heçə olub - 0:0.
Aprelin 9-da cavab qarşılaşmaları keçiriləcək.