Margaret Thatcherə Nizami Gəncəvi Beynəlxalq Mükafatı verilib

Margaret Thatcher

-
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib.
O bildirib ki, Böyük Britaniyanın sabiq baş naziri Margaret Thatcher müküfatını almasına dair cavab yazıb. Xanım Thatcher, Nizami Gəncəvi mükafatının ona təqdim olunması qərarından böyük qürur hissi keçirdiyini bildirib.
Bu mükafat indiyədək ABŞ-nın 42-ci prezidenti Bill Klintona, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirələ, Birmanın lideri Aung Sang Suya, Şərqi Avropanın ilk qadın prezidenti Vaira Vike- Freibergaya təqdim olunub.