Kəlbəcərin işğalından 20 il keçir

1993-cü ildə Kəkbəcəri tərk edən sakinlər

-
Kəlbəcər rayonunun işğalından 20 il keçir. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini didərgin salınıb.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edərək, bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb etsə də, həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.