Texas ştatında dairə prokuroru öldürülüb

Mike McLelland və həyat yoldaşı Cynthia McLelland

ABŞ Texas ştatında Kayfman dairəsinin prokuroru və həyat yoldaşının qətli ilə bağlı istintaq gedir.

Mayk və Sintiya Maklelland ( Mike and Cynthia McLelland) evlərində güllələniblər.

Yanvarın 31-də isə McLellandın köməkçisi Mark Hasse öldürülüb.
Hələlik bu qətllər arasında bağlılıq olması bəlli deyil.