Bakı Kəndlər Birliyinin sədri ölüb

-
Bakı Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə martın 29-da 72 yaşında vəfat edib.

Bu barədə AzadlıqRadiosuna yaxınları məlumat verib.

O, bir neçə ay imiş ki, xəstə yatırmış.

Hacı Cəbrayıl Əlizadə AXC hakimiyyəti dövründə Sabunçu rayonunun icra hakimiyyəti başçısı olub. Bu hakimiyyətin dəyişməsindən sonra könüllü istefa verib.

Daha sonra Bakı Kəndlər Birliyinin sədri olub.

2002-ci ilin iyulunda Nardaranda baş verən hadisələrlə əlaqədar bir müddət həbsdə olub.