Eldar Həsənov Azərbaycanın Rumıniyadakı səfiri vəzifəsindən geri çağırılıb

Eldar Həsənov

Azərbaycan prezidenti İlham Əliyev Eldar Həsənovun Azərbaycanın Rumıniyadakı səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Eldar Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycanın Serbiya Respublikası, Çernoqoriya, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılıb.