2 Bosniya serbi 22 il azadlıqdan məhrum edildi

Haaqa tribunalı

Haaqa məhkəməsi 2 Bosniya serbini 22 il azadlıqdan məhrum edib.

Milo Stanic həmin vaxt Bosniya serb respublikasının daxili işlər naziri, Stojan Zupljanin isə təhlükəsizlik xidmətində yüksək vəzifə tutub.

Onlar 1990-cı illər Bosniya müharibəsi dövründə müsəlman və xorvatları qətlə yetirmək, işgəncə amansız davranışda təqsirli biliniblər.

Onların ikisi də Bosniya serblərinin hazırda Haaqa tribunalında olan keçmiş lideri Radovan Karacicin köməkçiləri olublar.