Naxçıvanda «Heydər Əliyev və Azərbaycan» mövzusunda müsabiqə

Rəssam Tahir Salahovun çəkdiyi portret

-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq Qapısı 28 mart 2013.
Ulu öndərimizin 90 illik yubileyinə həsr olunan inşa yazı müsabiqəsi davam edir
Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Babək rayonunda keçirilən “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin növbəti zona mərhələsi keçirilib. Vayxır, Məmmədrzadizə, Xalxal və Kültəpə kənd tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin zona mərhələsi məktəblilərin aktivliyi, iştirakçıların mövzuya müxtəlif yanaşma tərzləri ilə yadda qalıb. Bu mərhələdə 134 şagird ulu öndərimiz haqqında düşüncələrini ağ kağıza köçürüb.
Xatırladaq ki, müsabiqəyə fevral ayının 20-dən başlanılıb. Bu günə qədər rayonun Nehrəm, Cəhri, Şıxmahmud, Xəlilli, Qaraqala, Məzrə, Kərimbəyli, Güznüt, Çeşməbasar kəndlərindən, Babək qəsəbəsindən 1344 şagird müsabiqəyə qatılıb. İnşa yazı müsabiqəsi may ayının 7-dək davam edəcək. Qaliblərə Babək Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin hədiyyələri və diplomları veriləcək.

Uşaq sağlam doğulacaqmı?
Sitogenetik laboratoriya şöbənin əsas fəaliyyət sahələrindən biridir. Burada hələlik hamiləliyin 10-12-ci həftələrində qandan müəyyən nümunələr götürülərək təhlillər aparılır. Bunun üçün laboratoriya 2 ədəd termostatla, 1 ədəd videokameralı lüminessent mikroskop, monitor və bakteriostatik vertikal hava axınlı kabinə ilə təchiz olunub…
Məqsəd ailədə uşaqların sayının azalması deyil, hamiləlik üçün normal şəraitin və qadının normal sağlamlığının bərpa olunduğu zamana qədər bu proqramı davam etdirməkdir. Bu proqram hamiləliyi süni surətdə pozulmaqdan qoruyur. Əgər hamiləliyin pozulmasında yaranan fəsadlar, onun qadın orqanizminə vurduğu zərər, qadının psixoloji vəziyyəti yetərincə izah olunarsa, hər kəs şüurlu surətdə bu əməliyyatlardan qaçar. Bu əməliyyatdan sonra qadının nəsiltörətmə, reproduktiv sağlamlığında geridönməz tədbirlər, sonsuzluq baş verə bilər.
Ailə planlamasının tətbiqi üsulları muxtar respublikada da elmi əsaslarla aparılır. Müntəzəm surətdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası birlikdə tədbirlər keçirir. 3 ildir ki, bütün rayon mərkəzlərində, iri kəndlərdə aparılan tədbirlərdə qadınlara və uşaqlara dövlət qayğısı, onların hüquqları, sağlamlığının qorunması, ailə planlaması metodları, arzuolunmaz hamiləlikdən qorunma yolları izah edilir.
Perinatal diaqnostika gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün təməl prinsiplərdən biridir. Gələcəyimiz olan körpələrin dünyaya sağlam və gümrah göz açmaları üçün perinatal diaqnostikanın imkanlarından istifadə edilməsi hər bir valideynin vətəndaşlıq borcudur.