Daha bir Azərbaycan hərbçisi ölüb

Martın 26-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub.

APA-nın məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb. Bildirilir ki, atışma nəticəsində Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.