Həftənin fotomənzərəsi (24-31 mart)

Bir qrup adam Suriyanın Hələb şəhərində dağıntılar altında qalanları axtarır. Fəalların dediyinə görə, bu əraziyə havadan zərbə endirilib.

Pakistanda seçki komissiyasının işçisi seçki məntəqələrinə göndəriləcək sənədləri yığır.

Bakının mərkəzində yerləşən köhnə evlər sökülərkən

Dini mərasim zamanı Roma Papası Francis həbsxanada gənc məhbusun ayaqlarını yuyarkən 

Pakistanda kütləvi nikah mərasimi. Karachi şəhərində 110 cütlüyə eyni vaxtda kəbin kəsilir. 

Ağ evdə Los Angeles Galaxy futbolçularını qəbul edən ABŞ prezidenti Barack Obama top çiləyərkən

Eynicinslilərin nigahını dəstəkləyən kampaniya iştirakçısı Vaşinqtonda Ali Məhkəmənin qarşısında göy qurşağı rəngindəki bayrağı yelləyir.

Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azərbayca yığması öz meydanında Portuqaliya yığmasını qəbul edib. Oyun Portuqaliya yığmasının qələbəsiylə bitib: 0-2
Ruslan Abışov Helder Postiga ilə top uğrunda mübarizə apararkən

Əfqanıstanda qadınlardan ibarət milli yığmanın kapitanı ABŞ Dövlət katibi John Kerry üçün topu imzalayır.

Kiyevin qarla örtülmüş küçələrindən birində zirehli maşın trolleybusu yedəklə çəkib aparır.

Futbol üzrə Dünya Çempionatı 2014-ün seçmə mərhələsinin oyunları izləyən Xorvatiya millisinin azarkeşi 

İran. Şiraz şəhərində Novruz Bayramı