Erdoğan: «Türkiyənin 100 illik kömür ehtiyatı var»

Recep Tayyip Erdoğan

-
Türkiyənin baş naziri Recep Tayyip Erdoğan Anadolu bölgəsində Türkiyənin 100 illik kömür ehtiyatının olduğunu deyib.

Habertürk-ün xəbərinə görə, baş nazir böyük sahələrə yatırımın az olduğunu qeyd edərək, kömür sənayesinə yatırım etmək istəyən iş adamlarını Şırnak bölgəsinə dəvət edib.