Kipr kreditçilərlə danışıqlarda irəliləyiş olduğunu deyir

Michael Sarris

Kiprin maliyyə naziri Mikhalis Sarris Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu ilə danışıqlarda  müəyyən irəliləyiş olduğunu deyir.

Amma nazir bildirib ki, bəzi həll olunmamış məsələləri hələ yoluna qoymaq lazımdır.

Kipir liderləri ölkəni iqtisadi böhrandan çıxarmaq üçün alternativ plan hazırlamağa çalışırlar.
Parlament bundan əvvəl əmanətlərə vergi tətbiq edilməsi ilə bağlı planı rədd edib.
Kipr bunun əvəzində Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 10 milyard avro kredit almalı idi.

Avropa mərkəzi  Bankı xəbərdarlıq edib ki, əgər bu plan bazar ertəsinədək  razılaşdırılmasa Kiprin maliyyələşdirilməsini dayandıracaq.

Avrozona ölkələrinin maliyyə nazirləri sabah Brüsseldə yaranmış