Rusiya Gürcüstanı yeni siyasi reallıqlarla barışmamaqda günahlandırır

Rusiyanın xarici işlər nazirliyi Gürcüstan-ABŞ hərbi təlimlərini pisləyib.
12 günlük təlimlər bu həftənin əvvəlində Vaziani bazasında başlanıb.

Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Lukashevich deyib ki, bu manevrlər narahatlıq doğurur. Lukashevich Gürcüstanı 2008-ci il Rusiya-Gürcüstan hərbi münaqişəsindən sonra yaranan yeni siyasi reallıqları rədd etməkdə ittiham edib.