Cəbhə xətində atışma olub

-

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Qaraqaşlı, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb