Kipr xilas fondu yaradır

Kipr prezidenti Nicos Anastasiades siyasi partiyaların yeni xilas planı çərçivəsində
“ İnvestisiya həmrəylik fondu” yaradılması barədə razılığa gəldiklərini xəbər verir.
Amma bu fondun necə yaradılacağı barədə hələlik məlumat verilmir.

Liderlər  bu gün  bir neçə saat davam edən müzakirələrdən sonra əmanətlərə vergi tətbiq edilməsi ilə bağlı plandan imtina etmək  qərarına gəliblər.

Bunu Kiprə 10 milyard avro maliyyə yardımı verilməsi əvəzində beynəlxalq kreditçilər tələb edirdi.

Avropa Mərkəzi Bankı bundan əvvəl  planla bağlı razılığa gəlmək üçün Kiprə bazar ertəsinədək vaxt vermişdi.

Kiprin maliyyə naziri  Mikhalis Zarris  Rusiyadan maliyyə yardımı almaq üçün dünən Moskvaya gedib.

Həmçinin Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvaya yollanıb.