«Avtomobillərin yollarda necə gəldi saxlanması tıxaclara səbəb olur»

Bəzi sürücülərin avtomobillərini yollarda necə gəldi saxlamaları tıxaclara səbəb olur.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yolların genişləndirilməsi avtomobil sıxlığının aradan qaldırılmasına yönəlsə də, sürücülərin avtomobilləri yolun hərəkət zolaqlarında qanunsuz saxlamaları tıxaclara səbəb olur.

Bununla belə bildirilir ki, paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Bu yaxınlarda Zabrat dairəsindən Maştağayadək olan avtomobil yolunun genişləndirilməsi işləri də artıq yekunlaşıb, yolun asfaltlanması başa çatdırılıb.