Novruz bayramında Abdulla Öcalan tarixi çağırış edəcək

Selahattin Demirtas (mərkəzdə), Novruz münasibətilə məşəl yandırılan mitinqdə. Arxa planda Ocalanın portretidir

-
Həbsdə olan kürd yaraqlıları lideri Abdulla Öcalan Novruz bayramında 28 illik silahlı mübarizədə tarixi çağırış edəcək.

Bu xəbəri Türkiyə parlamentinində kürd deputat Selahattin Demirtas verib.

Selahattin Demirtaş bazar ertəsi İmrali həbsxanasında Öcalanla görüşərkən Öcalanın ona verdiyi məktubu oxuyub.

Öcalanın məktubunda o cümlədən deyilir: “ Mənim vermək istədiyim bəyanat tarixi olacaq.” “Mən silahlar məsələsini yubanmadan və heç bir insanın həyatını itirmədən həll etmək istəyirəm”.

PKK lideri olan Öcalan həmçinin Türkiyə parlamentini sülh prosesini daimi etməyə yardıma çağırır. Həmin sülh prosesi kürd yaraqlılarına silahı yerə qoymağa və Türkiyədən çıxıb getməyə imkan verir.