Gənclər fonduna 5 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Gənclər Fonduna 2013-cü il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılması haqda sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, həmin vəsait gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyaların və yaradıcı təşəbbüslərin reallaşdırılmasına, ölkənin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəkləmək məqsədilə ayrılıb.