Həbsdən çıxan fəal: «2 milyon dollarım olsaydı...» - [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

İlkin Rüstəmzadə: "2 milyonum olsaydı..."


Polisə müqavimət maddəsi ilə həbs olunan Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə azadlığa çıxıb.

O, martın 9-da - "Əsgər ölümünə son"aksiyasından bir gün öncə saxlamışdı.

Xətai rayon məhkəməsinin qərarı ilə 6 sutka həbs olunmuşdu.
 
İlkin Rüstəmzadə 10 mart aksiyasına görə həbs olunun - AXCP üzvləri Məhəmməd Məcildi, Elvin Baycan və Türkel Əlisoyla eyni cəzaçəkmə müəssisəsində saxlanıb. Bildirir ki, həbsdə olduğu müddətdə - «Nida» Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Rəşad Həsənovun həsbini eşidiblər və həbsdə onları ən çox məyus edən bu hadisə olub:
 
«Rəşad Həsənovu çox absurd - üzərində silah gəzdirmədə ittiham edərək tutublar. İçəridə bu xəbəri oxuyanda hamımız şok olduq».
 
İ.Rüstəmzadə sosial şəbəkələrdə Facebook-da yaradılan «Əsgər ölümə son» aksiyasının təşkilatçısı olduğunu iddia edirdi. O, mediada aksiya təşkilatçılarının 2 milyon dollar aldıqları xəbərini də eşidib. Bu xəbərə münasibəti belə oldu:
 
"2 milyonum olsaydı, özümə notebook alardım".
 
Yanvarın 12-da və martın 10-da Bakıda "Əsgər ölümə son" tələbi ilə etiraz aksiyası keçirilib. Sonuncu aksiyada iştiraka görə 4 nəfər həbs olunub, 25-ə yaxın iştirakçı ümumilikdə 10 min manata qədər cərimələnib.