Rayonlarda yarmarkalar təşkil olunur

Foto: Arxiv

-
Martın 16-dan etibarən cənub rayonlarında kənd təsərrüfatı və ərzaq məhsullarının yarmarkaları açılıb. Məqsəd Novruz bayramı öncəsi qiymətlərin qalxmasının qarşısını almaqdır.

Yarmarkalarda məhsullar 30-35 faiz ucuz satılır. Bazarlarda da əksər məhsulların qiymətləri sabit qalıb.

Yarmarkalar bayram gününə qədər davam edəcək.