Parisdə Avropa-Azərbaycan biznes forumu keçirilib

Foto arxiv

Martın 14-də Parisdə “Azərbaycan-Qafqazın aparıcı qüvvəsi: sərmayə üçün potensial və əlverişlilik” adlı Avropa-Azərbaycan biznes forumu keçirilib.

APA-nın məlumatına görə, Fransa Milli Sənaye Təşkilatının binasında keçirilən tədbirdə məqsəd Azərbaycanın biznes və sərmayə qoyulması üçün sahələri təqdim edilib.

Həmçinin iki ölkə investorlarının enerji texnologiyaları, su və sanitariya, aqrar-sənaye kompleksi, telekommunikasiya və aerokosmik sahələr, habelə infrastruktur layihələri kimi vacib sektorlarla bağlı müzakirələr aparması nəzərdə tutulub.

Tədbirdə Fransa və Azərbaycanın dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.