Mahmud Abbas Vladimir Putinlə görüşüb

Vladimir Putin və Mahmud Abbas

Fələstin prezidenti Mahmud Abbas bu il İsraillə sülh danışıqlarının baş tutacağına ümidlə yanaşadığını, amma buna ehtimalın yüksək olmadığını deyir.

O bunu cümə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

Vladimir Putin ölkəsinin danışıqların baş tutması üçün bütün mümkün imkanlara əl atacağını vəd edib.

İsrail-Fələstin sülh danışıqları 2010-cu ildən dayandırılıb.

Fələstin tərəfi işğal edilmiş ərazilərində yəhudi qəsəbələrinin tikintisinin dayandırılmasını tələb edir.
İsrail isə danışıqların şərtsiz bərpa edilməsini istəyir.

İsrail-Fələstin danışıqlarına ABŞ, BMT, Avropa Birliyi və Rusiya vasitəçilik edir.