Belarusda edam edilmiş Vladislav Kovolyovun anası oğlunun qalıqlarını istəyir

Liubou Kavalyova

Belarusda  terrorçuluğa görə edam edilmiş Vladislav Kovolyovun anası hakimiyyətin onun qalıqlarını verəcəyinə ümidlə yanaşır.

O bunu  edamın 1 illiyi ilə bağlı çərşənbə günü Minskdə keçirdiyi mətbuat konfransında deyib.

Vladislav Kovolyovla yanaşı onun dostu Dimitri Konovalov da edam edilib.
Onlar 2012-ci il martın ortalarında Minsk metrosunda 15 nəfərin ölümü ilə nəticələnmiş partlayışa görə edam ediliblər.

Bir sıra müstəqil müstəntiqlər hökmlə bağlı kifayyət qədər dəlil və subutlar olduğuna şübhə ilə yanaşırlar.