Avropa Birliyinin elçisi hüquq müdafiəçiləri ilə görüşdü

-
Martın 13-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyində hüquq müdafiəçiləri, politoloqlar və media ekspertləri ilə görüş keçirilib.

Bu barədə AzadlıqRadiosuna iştirakçılardan biri məlumat verib.

Məlumatda bildirilir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia-nın təşəbbüsü ilə 3 saat davam edən görüşdə ölkədə baş verən hadisələr, o cümlədən gənc fəalların həbsi müzakirə olunub.

Sonda bu tərkibdə görüşün ayda bir dəfə keçirilməsi qərara alınıb.