ATƏT-in baş katibi Azərbaycana gəlir

Lamberto Zannier

ATƏT-in baş katibi Lamberto Zannier martın 15-də Azərbaycana gələcək.
Bu barədə APA-ya ATƏT-in Bakı ofisindən məlumat verilib.

Səfər zamanı ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunacaq.

Lamberto Zannier səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.