Daxili Qoşunların hərbçiləri təltif edilib

Prezident martın 13-də Daxili Qoşunların hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

İki hərbi qulluqçu ölümündən sonra «İgidliyə görə» medalı, 13 nəfər də «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib. /AzərTac/