QHT-lər haqda qanuna əlavə və dəyişikliklər edildi

-
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əlavələr edilib. Əlavədə qeyd edilir ki, birbaşa və dolayı yolla ianələrin qəbulu yolverilməzdir. Qanuna əlavə və dəyişikliklərin edilməsini prezident İlham Əliyev fevralın 16-da təsdiqləyib.

200 manatdan artıq ianə və qrant almaq qadağan edilir. Bundan çox məbləğdə ianə və qrantların qəbulu isə yalnız bank yolu ilə həyata keçirilməlidir. Əks halda, ianəni qəbul edənlər cərimələnəcəklər.