Falkland adalarında referendum keçirilir

Folkland adaları

Falkland adalarında Britaniyanın tərkibində qalmaqla bağlı referendum keçirilir.

Bu adaları özününkü sayan Argentina onu Malvin adaları adlandırır.
30 il bundan əvvəl bu adalara görə Argentina ilə Böyük Britaniya arasında hərbi münaqişə olub.
2 aydan bir az artıq davam edən bu müharibədə Argentina ordusu adadan çıxarıldı.

Referendumda əksəriyyətin adaların Britaniyanın tərkibinda qalmasına səs verəcəyi gözlənilir.

Amma Argentina prezidenti Christina Kirchner nəticələrin ölkəsinin mövqeinə təsir etməyəcəyini bəyan edib.