Suriya qaçqınlarının sayı 2-3 dəfə arta bilər

Antonio Guterres

Suriya münaqişəsi bu cür davam eləsə ilin sonunadək qaçqınların sayı 2 və ya 3 dəfə arta bilər.
Bunu BMT-nin qaçqınlae üzrə ali komisarı Antonio Guterres bəyan edib.

2 illik Suriya münaqişəsindən bu yana 1 milyondan çox qaçqın qeydə alınıb.

Guterres Ankarada çıxış edərkən Suriyaya qaçqınlarını qəbul edən Türkiyə, Livan və İordaniayaya beynəlxalq dəstəyi artırmağa çağırıb.

BMT-nin məlumatına görə indiyədək Suriya münaqişəsində 70 mindən çox adam ölüb.

Üsyançılar prezident Bashar Assadın istefasını tələb edir.