Pakistanda onlarla xristian evi yandırılıb

Pakistanın Loxar şəhərində, xristianların yaşadığı Badami Baq rayonunda onlarla ev yandırılıb.

Polisin məlumatına görə buna səbəb yerli xristianlardan birinin Məhəmməd peyğəmbəri təhqir etməsi olub.
3 minə yaxın müsəlman buna etiraz olaraq mitinqə çıxıb.

Həmin xristianın cümə günü həbs edildiyi bildirilir.

Pakistanda peyğəmbəri təhqir etməyə görə ölüm cəzası kəsilir.