Beynəlxalq Atom Enerjisi Agentliyinə yenə də Yukiya Amano rəhbərlik edəcək

Yukiya Amano

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano yenidən təşkilatın direktoru seçilib.

O bu vəzifəyə 2009-cu ildə təyin edilib.

65 yaşlı yaponiyalı diplomat Amano Tokiyo universitetinin hüquq fakültəsini bitirib, beynəlxalq məsələlər üzrə xüsusi mütəxəssis kimi Yaponiya Xarici İşlər Nazirliyində çalışıb.