Kabil Bank”ın iki əməkdaşı 5 il həbs cəzası aldı

Foto arxiv

Əfqanıstanda “Kabil Bank”ın iki yüksək səlahiyyətli əməkdaşı 5 il azadlıqdan məhrum edilib.
Bu ölkədə in böyük kommersiya bankıdır.

Şirxan Fernud və Xəlilullah Firuzi (Sherkhan Fernod - Khalilullah Ferozi) 800 milyon dollardan artıq vəsaiti mənmimsəməkdə ittiham olunurlar.

Bunu hakim Rahman Shams bəyan edib.

“Kabil Bank” böyük maliyyə qalmaqalına görə, 2010-cu ildə bağlanmaq təhlükəsi ilə üzləşmişdi.

Bu korrupsiya işi üzrə daha 20 adam məsuliyyətə cəlb olunub.