Həmsədrlər Dağlıq Qarabağa mülki uçuşlar məsələsindən narahatdır

ATƏT

-

ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiyadan Igor Popov, Fransadan Jacques Faure və ABŞ-dan Ian Kelly) martın 3-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandian-la görüşüblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andrzej Kasprzyk də görüşə qatılıb.

Bu barədə həmsədrlərin görüşün yekunlarına dair yaydıqları bəyanatda deyilir.

Həmsədrlər Dağlıq Qarabağa mülki uçuşlar məsələsindən və son vaxtlar təmas xəttindəki zorakılıqdan narahatlıqlarını bildiriblər. Onlar atəşkəsi gücləndirməyə dair ideyaları götür-qoy ediblər.

Həmsədrlərin gələn həftələrdə regiona gözlənilən səfəri zamanı iki ölkə prezidenti ilə münaqişənin dinc həllini hədəfləyən növbəti addımlar müzakirə ediləcək.