Gəncədə həbsxanaya heroin keçirən tutuldu

Foto: Arxiv

-
Şəmkir sakini Gəncədəki cəzaçəkmə müəssisəsinə heroin keçirmək istəyib.

Bu barədə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

Məlumata əsasən, Şəmkir rayon sakini, 32 yaşlı Arxayın Məmmədov 1.877 qram heroini Gəncədə yerləşən 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirən zaman saxlanıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb.