«Quş qripi» monitorinqinin nəticəsi açıqlandı

Azərbaycanda ayrı-ayrı quş təsərrüfatlarında və miqrasiya edən quşların müvəqqəti məskunlaşdığı yerlərdə «quş qripi» virusuna rastlanmayıb.

Bu barədə məlumatı AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli verib.

Onun sözlərinə görə, hazırda monitorinqlərin ikinci mərhələsi gedir və nümunələr baytarlıq laboratoriyasında müayinə olunur. Yolçu Xanvəli deyib ki, Baytarlıq xidmətinin növbəti monitorinqi apreldə olacaq.