Suriya üsyançıları polis akademiyasını ələ keçirib

Foto arxiv

Suriya üsyançıları Hələb vilayətinin Xan al Assal şəhərindəki polis akademiyasını ələ keçiriblər.

France-Presse agentliyi suriyalı hüquq müdafiəçilərinə istinadla 34 əsgərin öldüyünü xəbər verir.

Üsyançıların nə qədər itki verdiyi hələlik bəlli deyil.
Bundan əvvəl hər iki tərəfdən onlarla adamın öldüyü xəbər verilirdi.