Malidə əl Qaidə lideri öldürülüb

Foto arxiv

Çad əsgərlərinin Malidə keçirdiyi əməliyyat zamanı Əl Qaidənin yüksək səviyyəli komandirlərindən biri Mokhatar Belmokhdar öldürülüb.

Bunu Çad ordusunun mətbuat katibi Zacharia Gobongue dünən yerli televiziya ilə çıxışında bəyan edib.

O əmıəliyyat zamanı həmçinin bir neçə yaraqlının öldürüldüyünü bildirib.

Hazırda Fransa və Afrika Birliyi orduları Malinin şimalını zəbt etmiş üsyançılara qarşı mübarizə aparırlar.