Moskada yaşayan azərbaycanlı şairədən yeni kitab

-

Bakı "Kitab Klubu" yazar Könül Ordubadinin yeni şeirlər kitabını nəşr edib.

Könül Ordubadi uzun illərdir Moskvada yaşayır. İki poetik toplunun və bir nəsr əsərinin müəllifi olan Könül Ordubadi Moskvadakı «Şəhriyar» Ədəbi-mədəni cəmiyyətinin də üzvüdür.

O, bu yaxınlarda Rusiya Yazıçılar İttifaqının Çexov medalı ilə də təltif edilib.

Bu, müəllifin oxucularla 4-cü görüşüdür. Mövzusuna və ruhuna görə kitab yeddi bölməyə («yarpaq») ayrılıb.

Amma bütün şeirlərə Vətənə sevgisi hopub.