Fransa Azərbaycan diaspor üzvlərinin döyülməsini pisləyib

Fransanın Xarici İşlər Nazirliyi fevralın 26-da Milli Assambleyanın binasında Azərbaycan diaspor nümayəndələrinin ermənilər və yerli deputat tərəfindən döyülməsini pisləyib.

Nazirliyin mətbuat katibi Plipp Layo bu gün keçirilən onlayn mətbuat konfransında bu insidenti pislədiklərini deyib:

“Biz belə bir hadisənin baş verməsindən təəssüflənir və fevralın 26-da Milli Assambleyanın binasında baş vermiş bu zorakılıq aktını pisləyirik. Fransa hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli yalnız dialoq yolu ilə mümkündür və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanla Azərbaycan arasındakı bu dialoqun tərəfdarı kimi öz üzərinə götürdüyü vəzifəni bir daha təsdiq edir”.