John Kerry Suriya müxalifətinin lideri Moaz al Khatiblə görüşüb

John Kerry və Ahmed Moaz al-Khatib

ABŞ Dövlət katibi John Kerry Romada keçirilən konfrans ərəfəsində Suriya müxalifətinin lideri Moaz al Khatiblə görüşüb.

Roma konfransında ABŞ-ın Suriya müxalifətinə əlavə yardım ayıracağı gözlənilir.
Kerry dünən bildirib ki, Vaşinqton Suriyada siyasi keçidin tezləşdirilməsini götür-qoy edir.

Roma konfransında onlarla ölkə və Suriya müxalifət koalisiyasının nümayəndələri iştirak edir.

Suriya müxalifəti öncə konfransda iştirakdan imtina edirdi.
Amma Kerrynin konkret məsələlərə baxılacağını bəyan etməsindən sonra mövqeini dəyişdi.