Gürcüstan prezidenti Naxçıvana gedir

Azərbaycana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mikheil Saakaşvili fevralın 28-də Naxçıvan Muxtar Respublikasına yola düşüb.

Onu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıb.

Saakashvili Bakıya fevralın 27-də gəlmişdi. /AzərTac/