Əkrəm Əylisli də Xocalı abidəsini ziyarət etdi

-

Yazıçı Əkrəm Əylisli bu gün Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” xatirə kompleksini ziyarət edib. Bu barədə Kulis.Az-a yazıçının özü açıqlama verib.

Yazıçının dediyinə görə o, hər il abidəni ziyarət edir: “Bu il də ziyarət etdim. Mənim bu addımım təəccüb doğurmamalıdır”.

Yazıçı abidəni ziyarət edərkən, heç bir təzyiq və təhdidlə üzləşmədiyini də bildirib.

Qeyd edək ki, Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında qalmaqal yaranıb.