Bu il bahar Azərbaycana martın 20-si gəlir

Bu il bahar fəsli Azərbaycana martın 20-si saat 15.02 radələrində qədəm qoyacaq.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından məlumat veriblər.

Yada salaq ki, ötən il isə bahar fəsli mart ayının 20-si səhər sat 9.14 radələrində qədəm qoymuşdu.