Polis Ankarada Xocalı stendinə hücumu araşdırır

Stendə hücum zamanı xəsarət alanlardan biri

-

Polis fevralın 24-ü Ankarada Xocalı stendinə hücumla bağlı 8 şahidin ifadəsini alıb.
Bu barədə AzadlıqRadiosuna kampaniyanın təşkilatçısı İsmayıl İpek məlumat verib.

Dediyinə görə, Xocalı faciəsinin tanınması üçün imza toplanarkən, özlərinin həm kürd, həm erməni olduqlarını qışqıran 200-300 nəfər stendə hücum edib:

«Mənimlə birgə daha 5 nəfərə şüşə, dəmir atırdılar. Sonra 2 ədəd Azərbaycan və 1 ədəd Türk bayrağını enirdiklərini görüncə aramızda münaqişə yarandı».

İsmayıl İpek deyir ki, hadisə zamanı xəstəxanaya yerləşdirilən 6 nəfərdən 3-ü buraxılıb. Başından xəsarət alanlara isə tikiş qoyulub.

İsmail İpek bildirdi ki, baş vermiş hadisə ilə bağlı yerli polisə şikayət ediblər. 8 nəfərin ifadəsi alınıb. Araşdırma aparılır.