-
Dekabrın 25-də Prezident İlham Əliyev Məleykə Abbaszadənin «Şöhrət» ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.
Məleykə Abbaszadə 2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədridir. O, 1970-ci ildə Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib.
Prezidentin başqa bir sərəncamı ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev də «Şöhrət» ordeni ilə təltif olunub.
Bu ay həm Məleykə Abbaszadənin, həm də Ramiz Rzayevin 60 yaşı tamam olur.