“Dədə Qorqud" ilk dəfə disklə birlikdə nəşr olundu

-

Azərbaycanda ilk dəfə olaraq, “Dədə Qorqud dastanları” uşaqlar üçün sadələşdirilmiş formada və bütün boyları ilə çap edilib.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, “Dədə Qorqud dastanları” kitab dəsti adıkeçən nəşriyyatın “İNCİ” uşaq ədəbiyyat silsiləsinə aiddir və bütün hüquqları qorunur.

5-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Dədə Qorqud dastanları” dəsti 12 boyu əhatə edən 13 kitab və səsləndirilmiş elektron jurnallı CD-dən ibarətdir.

Azərbaycan xalqının qədim folklor nümunəsi hesab olunan “Kitabi Dədə Qorqud” dastanının boylarının uşaqlar üçün sadələşdirilməsi və mətnin qısaldılması ilə yanaşı, sözügedən məhsul özündə 200-dən çox xüsusi sifarişlə çəkilmiş rəsm səhnələrini birləşdirir. Bu rəsmlərdə dastanların süjet xəttinə uyğun səhnələr təsvir olunub və nəşrin marağını uşaqlar üçün daha da artırır.

Kitab dəstinin hazırlanmasına ümumilikdə 2 ilə yaxın müddət sərf olunub.